BAKI, 24 noyabr. TELEQRAF
"Qanunsuz-2026" federal kompleks əməliyyat və profilaktik əməliyyatı çərçivəsində 34 mindən çox xarici vətəndaş Rusiyadan deportasiya edilib.
Teleqraf xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib.
Onun sözlərinə görə, xarici vətəndaşların Rusiya Federasiyasından inzibati qaydada çıxarılması və deportasiyası ilə bağlı qərarların sayı ötən illə müqayisədə 80% artıb.
Miqrasiya ilə bağlı təxminən 4200 cinayət işi başlanıb. Axtarışda olan 549 şəxs müəyyən edilib.
.