BAKI, 24 noyabr. TELEQRAF

Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə 18 yeni sənədin imzalanması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir iki ölkə arasında hüquqi müqavilə bazasının geniş olduğunu qeyd edib:

“Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələri əhatə edən 145 sənəd mövcuddur”.