BAKI, 24 noyabr. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası və xalqlar arasında təmasların intensivləşməsinin əhəmiyyətini vurğulayıb.

Teleqraf xəbər verir ki, bunu nazir Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramov bildirib ki, Orta Dəhlizin cəlbediciliyinin və potensialının artırılması istiqamətində mühüm işlər həyata keçirilir.

O, dəhlizin rəsmi şəkildə tanınmasını da xüsusi qeyd edib.

Nazir 2026-cı ilin müsbət nəticələri sırasında Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpasını, eləcə də insanlar arasında təmasların intensivləşməsini vurğulayıb.