BAKI, 24 noyabr. TELEQRAF
Ukraynanın gələn il üçün azı 115 milyard avroya ehtiyacı var. Bu məbləğin 90 milyard avrosu artıq razılaşdırılıb, lakin daha 25 milyard tapılmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynaya lazımi maliyyə vəsaitlərini təmin etmək üçün Avropadakı tərəfdaşlarla iş aparılır: "Ukrayna ötən il Avropa İttifaqının qərarı sayəsində 45 milyard dollar alıb. Həmin qərara görə, Aİ ölkəyə iki il ərzində - hər il 45 milyard dollar - dəstək vermək qərarına gəlib".
Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ 2027-ci il üçün Ukraynaya dəstək mexanizmi təqdim edib. Bu mexanizm 45 milyard avroya qədər kredit nəzərdə tutur, lakin onun geri qaytarılması Rusiya təzminatları ödədikdən sonra baş tutacaq.