BAKI, 24 noyabr. TELEQRAF
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi cari ilin ilk 9 ayında ötən ilin 12 aylıq göstəricisini üstələyib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, cari ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi 900 milyon dolları ötüb:
“Bu göstərici ötən ilin bütöv dövrü üzrə qeydə alınan rəqəmdən yüksəkdir”.