BAKI, 24 noyabr. TELEQRAF
Macarıstan Baş naziri Peter Madyar bu gün Ukraynanın Zakarpatiya vilayətinə gəlib. Burada onun yerli macar icmasının nümayəndələri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Madyar X sosial şəbəkəsində yazıb..
“Macarıstan-Ukrayna sərhədini keçərək Zakarpatiyaya gəldik. İstər vətənimizdə, istərsə də dünyanın hər yerində yaşayan bütün macarları Tanrı qorusun”, - o, səfəri ilə bağlı paylaşımında bildirib.
Peter Madyar qeyd edib ki, səfəri çərçivəsində humanitar yardımla yanaşı, artıq beş ilə yaxındır hücumlara məruz qalan qonşu Ukraynaya macar xalqının həmrəylik və dəstək mesajını da çatdıracaq.
O əlavə edib ki, 2015-ci ildən bəri ilk dəfə Macarıstan Baş naziri Zakarpatiyaya səfər edir.
Peter Madyar Ukraynaya xarici işlər naziri Anita Orbanla birlikdə gəlib.