BAKI, 24 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası Çin də daxil olmaqla, onlarla ölkədən idxal olunan mallara rüsumları artırmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

ABŞ ticarət nümayəndəsi Ceymison Qririn bu həftə Çin, Avropa Birliyi və digər 14 ölkədə sənaye subsidiyaları və artıq istehsal gücünün yaradılması halları ilə bağlı araşdırmanın nəticələrini açıqlayacağı gözlənilir.

Nəşrin məlumatına görə, araşdırmadan sonra ABŞ Çin, Yaponiya, Koreya Respublikası və bütün 27 Aİ ölkəsindən idxal olunan mallara tarifləri artıra bilər. Artım əksər mal kateqoriyalarına təsir edəcək. Yekun tarif hələ müəyyən edilməyib.

Oktyabr ayında Çinin Ticarət Nazirliyi ABŞ-nin "həddindən artıq istehsal gücü"nə qarşı mübarizə adı altında beynəlxalq təchizat zəncirlərini pozmaq cəhdlərinə cavab verəcəyini bildirib.