BAKI, 24 noyabr. TELEQRAF

"Barselona" ilə oyundan həzz almalıyıq. Rəqibi hər kəs yaxşı tanıyır. Mənimçün baş məşqçi olaraq orada zəif nöqtə tapmaq çətindir.

Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının V turunda İspaniyanın “Barselona” klubu ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Litvalı mütəxəssis Yamalın "Sabah"la oyunu buraxmasından danışıb:

"Azərbaycanlı azarkeşlər üçün üzüldüm. Çünki onlar Lamin Yamalı görmək istəyərdilər. O, dünya futbolunun ikonik futbolçularından biridir. Düşünürəm ki, Yamalın heyətdə olmaması rəqib baş məşqçi üçün böyük problem deyil. Çünki onun əlində bir çox super ulduz var.

Komandanı "Barselona"ya qarşı oynamağa motivasiya etməyə ehtiyac yoxdur. Futbolçularım artıq motivasiya olublar. Bu cür oyunlar məşqçilər üçün asanddır. Çünki bu cür oyunlara hər kəs özünü hazır hiss edir. Motivasiya baxımından ən asan oyunumuz olacaq".