BAKI, 24 noyabr. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişviliyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə məlumat verib.

Teleqraf xəbər verir ki, bunu nazir Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov qeyd edib ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, mina təhlükəsi və keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.