BAKI, 24 noyabr. TELEQRAF

"Bura gələn özbəkləri görürəm. Bu, mənim üçün çox xoşdur".

Teleqraf xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının V turunda İspaniya təmsilçisi "Barselona" ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

"Ümid edirəm, yaxşı matç olacaq. İnşallah sabahkı oyunda 100 faiz performansımızı ortaya qoyacağıq".