BAKI, 5 aprel. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya rəsmi səfər edib.
Teleqrafxəbər verir ki, H.Fidan Şam Beynəlxalq Hava Limanında Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani tərəfindən qarşılanıb.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr və regional proseslər diqqət mərkəzində olacaq.
Müzakirələrdə həmçinin regionda davam edən müharibənin Suriyaya təsirləri, Livan başda olmaqla digər aktual regional mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Səfərin ən diqqətçəkən məqamlarından biri kimi nazir Hakan Fidanın hazırda Suriyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Şara ilə üçtərəfli görüş keçirəcəyi gözlənilir.
Qeyd edək ki, bu səfər regionda yeni diplomatik konfiqurasiyaların formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.