BAKI, 5 aprel. TELEQRAF
ABŞ ordusu pilotu xilas etmək üçün həyata keçirilən xüsusi əməliyyat zamanı özünə məxsus iki "MC-130J" tipli hərbi-nəqliyyat təyyarəsini məhv etməli olub.
Teleqraf xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, hər birinin dəyəri 100 milyon ABŞ dollarından çox olan təyyarələrin məhv edilməsinə səbəb olan konkret texniki problemlər və ya əməliyyat şəraiti barədə rəsmi şəxslər hələlik ətraflı məlumat verməkdən imtina ediblər.