BAKI, 16 noyabr. TELEQRAF
"İranın beynəlxalq münasibətlərdə sülh, sabitlik və dialoqu dəstəkləyir".
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib
O, eyni zamanda danışıqların yalnız bərabər və qarşılıqlı maraqlar əsasında aparılmalı olduğunu vurğulayıb:
İranın Xarici İşlər Nazirliyi regional və beynəlxalq platformalarda müzakirələri davam etdirir. Müxtəlif dövlətlər və beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə təmaslar aktiv şəkildə davam etdirilir.
Nazir bildirib ki, əməkdaşlıq prosesinin müəyyən qaydaları mövcuddur və tərəflər həmin çərçivəyə riayət etdikləri müddətdə birgə fəaliyyət davam etdiriləcək. O həmçinin İranın mövqeyinin diplomatiyanın gücləndirilməsi və gərginliyin azaldılmasına yönəldiyini əlavə edib.