BAKI, 7 sentyabr. TELEQRAF

Kuba ABŞ ilə əlaqələri davam etdirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Karib respublikasının xarici işlər naziri Bruno Rodriges Parrilla bildirib.

"Danışıqlarda heç bir irəliləyiş olmasa da, əlaqələri davam etdirmək niyyətindəyik", - deyə nazir mətbuat konfransında bildirib.

Parrilla əlavə edib ki, ABŞ-nin siyasi iradəsinin olmaması səbəbindən danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Karib respublikasının xarici işlər naziri Kubanın "qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında" danışıqlara hazır olduğuna əminliyini ifadə edib.