BAKI, 7 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp "Truth Social" saytında Kanada, Meksika və Qrenlandiyanın Amerika bayrağının rənglərinə uyğun xəritə dərc edib.

Teleqraf xəbər verir ki, Tramp şəkillə bağlı heç bir şərh verməyib. Xəritədə həmçinin ABŞ bayrağının rənglərində bir neçə Mərkəzi Amerika və Karib dənizi ölkəsi, eləcə də İslandiya təsvir olunub.

Amerika lideri dəfələrlə Kanada və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-a birləşməsi ehtimalını müzakirə edib.

Tramp həmçinin sosial mediada ABŞ-nin bir neçə xəritəsini paylaşıb və Nyu-Meksiko ştatının adının dəyişdirilərək Yeni Amerika adlandırıldığını bildirib. ABŞ prezidenti əvvəllər adın dəyişdirilməsinə dəstək verdiyini bildirmişdi.