BAKI, 30 aprel. TELEQRAF
İsrail ordusu Dəməşqin Səhnə bölgəsinə hava zərbələri endirməkdə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.
Məlumata əsasən, İsrailin 5 döyüş təyyarəsi bölgəyə ən azı 9 hava hücumu təşkil edib.
Hücumlar nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilmir. Lakin hücumların əsas məqsədi İsrail tərəfi bölgədəki silahlı qruplaşmaların druzlara qarşı hücuma hazırlaşması ilə əlaqələndirib.
Suriya Daxili İşlər Nazirliyi İsrailin bu səhər saatlarında pilotsuz uçuş aparatı ilə Səhnəyə yaxın ərazidə təhlükəsizlik qüvvələrinin toplaşdığı mövqeyi bombaladığını bildirib. Nazirlik bu zərbənin İsrailin həmin ərazidəki təhlükəsizlik obyektlərinə etdiyi ikinci basqın olduğunu qeyd edib.
Suriya rəsmiləri hələlik hücumda konkret itkilər barədə məlumat verməsələr də, təhlükəsizlik qüvvələri və mülki şəxslər üçün vəziyyətin ciddiliyi saxlanılır. Hadisə ilə bağlı araşdırmalar davam edir.