BAKI, 20 iyun. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan Misir, Pakistan və Səudiyyə Ərəbistanından olan həmkarları ilə Qahirədə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

20-21 iyun tarixlərində Misirin paytaxtında bu formatda keçiriləcək dördüncü görüşdə ABŞ-İran sülh prosesi, Livan və Qəzza zolağındakı vəziyyət müzakirə olunacaq.