BAKI, 23 iyun. TELEQRAF
Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatının qrup mərhələsində İraqla keçirilən oyunda vurduğu qolla mundiallar tarixinin ən məhsuldar futbolçuları sırasında ilk üçlüyə yüksəlib.
Teleqraf xəbər verir ki, bu qol Mbappenin dünya çempionatlarındakı 15-ci qolu olub. Bununla da o, Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo ilə eyni göstəriciyə çatıb.
Hazırda dünya çempionatları tarixinin bombardirləri siyahısına 18 qolla Lionel Messi başçılıq edir. İkinci pillədə isə 16 qolla Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze qərarlaşıb.