BAKI, 23 iyun. TELEQRAF
İranın dondurulmamış aktivləri ABŞ-dən ərzaq almaq üçün istifadə olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
“Dondurulmamış vəsaitlər ərzaq almaq üçün istifadə olunacaq. Və ərzaq yalnız ABŞ vasitəsilə, fermerlərimizdən alınacaq”, - deyə o, Ağ Evdə jurnalistlərə Tehran və Vaşinqton arasında danışıqların gedişatını şərh edərkən bildirib.