BAKI, 23 iyun. TELEQRAF
2026-cı il futbol üzrə dünya çempionatının I qrupunda bu gün Fransa millisi İraq yığması ilə üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, matç Fransa millisinin 3-0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Fransa millisi 6 xalla pley-off-a vəsiqəni təmin edib.
04:22
***
2026-cı il futbol üzrə dünya çempionatının I qrupunda bu gün Fransa millisi İraq yığması ilə üz-üzə gəlir.
Teleqraf xəbər verir ki, oyunun 66-cı dəqiqəsində Fransa fərqi 3 topa çatdırıb.
04:10
***
2026-cı il futbol üzrə dünya çempionatının I qrupunda bu gün Fransa millisi İraq yığması ilə üz-üzə gəlir.
Teleqraf xəbər verir ki, oyunun 55-ci dəqiqəsində Fransa fərqi 2 topa çatdırıb. Bu dəfə də Kilian Mbappe fərqlənib.
04:01
***
Fransa-İraq milliləri arasında keçirilən matçın ikinci hissəsi başlayıb.
Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə 01:00-da başlayan matçın ikinci hissəsi əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı. Təxminən 2 saata yaxın gecikən matçın ikinci hissəsəsi başlayıb.
Xatırladaq ki, ilk hissəsi Fransanın 1-0 hesablı üstünlüyü ilə başa çatıb.
03:02
***
Futbol üzrə dünya çempionatının qrup mərhələsində Fransa və İraq milliləri arasında keçirilən oyunun ikinci hissəsinin başlanğıcı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınsa da, azarkeşlər stadionu tərk etmirlər.
Teleqraf xəbər verir ki, təxminən bir saat əvvəl başlamalı olan ikinci hissə hələ də bərpa edilməyib. Buna baxmayaraq, azarkeşlərə bir neçə dəfə xəbərdarlıq edilsə də, onların əksəriyyəti tribunalarda qalmağa üstünlük verir.
Məlumata görə, azarkeşlər matçın davam etdirilməsini tələb edən şüarlar səsləndirir və oyunun yenidən başlamasını gözləyirlər.
02:15
***
Futbol üzrə dünya çempionatının qrup mərhələsində Fransa və İraq milliləri arasında keçirilən oyunun ikinci hissəsinin başlanğıcı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Teleqraf xəbər verir ki, yaxınlaşan güclü ildırım və şimşək təhlükəsi səbəbindən qarşılaşmanın ən azı 15 dəqiqə gec başlayacağı bildirilib. Təhlükəsizlik məqsədilə azarkeşlərdən tribunaları tərk etmələri istənilib.
İlk hissədən sonra Fransa millisi 1:0 hesabı ilə öndədir. Yeganə qolu Kilian Mbappe vurub.
01:15
***
2026-cı il futbol üzrə dünya çempionatının I qrupunda bu gün Fransa millisi İraq yığması ilə üz-üzə gəlir.
Teleqraf xəbər verir ki, oyunun 15-ci dəqiqəsində Fransa hesabı açıb.
01:00
***
2026-cı il futbol üzrə dünya çempionatının I qrupunda bu gün Fransa millisi İraq yığması ilə üz-üzə gəlir.
Teleqraf xəbər verir ki, Didye Deşamın rəhbərlik etdiyi Fransa yığması ilk turda Seneqalı 3:1 hesabı ilə məğlub edərək turnirə uğurlu başlayıb. Həmin görüşdə Kylian Mbappe iki qol vurub, Bradley Barcola isə məhsuldar çıxışı ilə yadda qalıb.
Fransa bu görüşdə də qələbə qazanacağı təqdirdə vaxtından əvvəl pley-off mərhələsinə vəsiqəni təmin edə bilər.
İraq isə ilk turda Norveçə 1:4 hesabı ilə uduzub. Komanda matçın əvvəlində Aymen Husseinnin qolu ilə hesabı açsa da, üstünlüyünü qoruya bilməyib və hazırda qrupun son pilləsində qərarlaşıb.
Qarşılaşma ABŞ-nin Filadelfiya şəhərindəki Lincoln Financial Field stadionunda keçirilir.