BAKI, 20 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” terror təşkilatının mövqelərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı Livan mənbələrinə istinadla məlumat yayıb.

“Livan İsrail və “Hizbullah” arasında atəşkəsə baxmayaraq, ölkənin cənubunda hava hücumlarında ən azı beş nəfərin öldüyünü iddia edir. Livan mənbələrinə görə, İsrailin döyüş təyyarələri və dronları gecə və bu səhər bölgəyə zərbələr endirib”, - kanal bildirib.