BAKI, 23 iyun. TELEQRAF
Türkiyə hökuməti iyulda keçiriləcək NATO sammiti ilə əlaqədar əlavə təhlükəsizlik tədbirlərini gücləndirib.
Teleqraf xəbər verir ki, paytaxt Ankarada bütün etiraz aksiyaları və pilotsuz uçuş aparatlarının uçurdulması 13 gün müddətinə qadağan edilib.
"7-8 iyul 2026-cı il tarixlərində Ankarada keçiriləcək 36-cı NATO sammitinə hazırlıq çərçivəsində həm sammitin təhlükəsizliyini, həm də ictimai asayişin qorunmasını təmin etmək üçün lazımi təhlükəsizlik tədbirləri görülüb", - deyə Ankara Vilayət Qubernatorluğu bildirib.
Sammit günlərində həm açıq, həm də qapalı yerlərdə istənilən görüşlər, nümayişlər, mətbuat açıqlamaları, etiraz aksiyaları, mitinqlər, broşürlər paylamaq, plakatlar və bannerlər asmaq qadağandır.