BAKI, 20 iyun. TELEQRAF

“Türkiyənin məqsədi regionda gərginlik yaratmaq deyil, sülhü, ədaləti, əmin-amanlığı və sabitliyi möhkəmləndirməkdir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz heç kimlə böhran, xaos, düşmənçilik və ya münaqişə yaratmağa çalışmırıq. Heç kimin torpaqlarına, suverenliyinə, qanuni hüquq və maraqlarına qəsd etmək niyyətimiz yoxdur, heç vaxt da olmayıb. Amma kimsəsinin də bizim suverenliyimizə qəsd etməsinə, ölkəmizə təhdid yaratmasına və ya maraqlarımıza zərər vurmasına imkan verməyəcəyik”, - Ərdoğan bəyan edib.