BAKI, 20 iyun. TELEQRAF
İsrailin ABŞ ilə anlaşma memorandumunun birinci bəndini pozmasını nəzərə alsaq, Amerika ilə dialoqu davam etdirmək üçün heç bir əsas yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” İran xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında İsveçrədə mümkün görüşlə bağlı şərhində bildirib.
“Danışıqları aparan qurumlar nəinki prosesi dayandırmalı, həm də çox gec olmadan Hörmüz boğazını bağlamalıdırlar”, - mənbə qeyd edib.
“Tasnim”in yazdığına görə, anlaşma memorandumunun 13-cü maddəsinə əsasən, mövcud şəraitdə Hörmüz boğazının açıq saxlanılması tamamilə səhvdir.