BAKI, 22 iyun. TELEQRAF

Hörmüz boğazı açıqdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens bildirib.

"Biz Hörmüz boğazının açıq qalmasını təmin edəcək bir mexanizm yaratmaq istəyirdik və buna nail olduq. Hazırda boğaz açıqdır. Artıq qaz və neft qiymətlərinin ucuzlaşdığını müşahidə edirik, milyonlarla barel neft və təbii qaz əvvəllər mümkün olmayan bir şəkildə Hörmüz boğazından sərbəst şəkildə keçir", - Vens deyib.

O vurğulayıb ki, əsas hədəflərdən biri də boğazda təhlükəsizliyi təmin etmək üçün effektiv koordinasiya mexanizminin formalaşdırılmasıdır: "Biz boğazın minalardan təmizlənməsini həyata keçirə biləcək koordinasiya sistemini dəqiq şəkildə qurduğumuza əmin olmaq istəyirdik".