BAKI, 19 iyun. TELEQRAF
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Hörmüz boğazının bağlanması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
“Bəzi KİV-lərin Hörmüz boğazının bağlanması ilə bağlı yaydığı məlumatlar doğru deyil. İranın Silahlı Qüvvələri müharibənin dayandırılmasına dair memorandum çərçivəsində Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün zəruri tədbirlər görüb və bu marşrut üzrə gəmiçilik davam edir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl “Bild” qəzeti Hörmüz boğazının bağlandığı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “xəbərdarlıq zərbələri” endirdiyi barədə məlumat yaymışdı.