BAKI, 20 iyun. TELEQRAF
Pakistan İranla ABŞ arasında danışıqlar prosesini qorumağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İran xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun İsveçrədə məhdud formatda görüşü ehtimalı var.
ABŞ nümayəndə heyətinin bu məqsədlə hazırda İsveçrədə olduğu bildirilib.
İslamabad Tehran və Vaşinqtonla təmasdadır, danışıqlar prosesində yaranan maneələri və problemləri həll etməyə çalışır.