BAKI, 23 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı hazırlamasının qarşısını almağın mümkün qlobal iqtisadi böhran riskindən daha vacib olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandıran Tramp, İrana qarşı yeni zərbələrin dünya iqtisadiyyatına mənfi təsir göstərə biləcəyi ilə bağlı suala cavabında bu riskə hazır olduğunu deyib.
"Nüvə silahı iqtisadi depressiyadan daha təhlükəlidir. İqtisadi depressiya çox pisdir. Amma nüvə silahı ona daha sürətlə gətirib çıxara bilər", - deyə ABŞ prezidenti bildirib.
Tramp əlavə edib ki, Tehran mümkün razılaşmanın şərtlərinə əməl etməsə və uyğun davranmasa, Vaşinqton zəruri hesab etdiyi addımları atacaq.