BAKI, 22 iyun. TELEQRAF

Futbol üzrə dünya çempionatının J qrupunun II turunun Argentina - Avstriya oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, görüş Dallas stadionunda keçirilir.

Argentinalılar Messinin ilk hissədə vurduğu qolla 1:0 öndədir.

***

22:00

Futbol üzrə dünya çempionatında Argentina və Avstriya yığmaları arasında keçirilən oyunun ilk hissəsi başa çatıb.

Teleqraf xəbər verir ki, Argentina millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Görüşdə yeganə qolu 17-ci dəqiqədə komandanın kapitanı Lionel Messi vurub.

***

21:40

Futbol üzrə dünya çempionatında keçirilən Argentina - Avstriya oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində Argentina millisinin forvardı Lionel Messi fərqlənib. Bununla da o, dünya çempionatlarındakı qollarının sayını 17-yə çatdırıb.

***

Futbol üzrə dünya çempionatının Argentina - Avstriya oyunu başlayıb.

Teleqraf xəbər verir ki, J qrupunun II turunun matçı Dallas stadionunda keçirilir.

Qarşılaşmanı misirli FIFA referisi Amin Omar idarə edir.