BAKI, 22 iyun. TELEQRAF

İsrail ABŞ-də keçiriləcək danışıqlar çərçivəsində Livanın cənubundakı bəzi ərazilərdən qoşunlarını simvolik şəkildə çıxarmağı düşünür.

Teleqraf xəbər verir ki, bu barədə CNN İsrail mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, bu ideya İsrail və Livan arasında bu həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan üç günlük danışıqlardan əvvəl müzakirə olunub. Telekanal qeyd edib ki, geri çəkilmə qüvvələrin “Sarı Xətt” adlanan zonadan kənarda yerləşən kiçik ərazilərdən qismən geri çəkilməsini nəzərdə tutur.

İsrail müdafiə naziri İsrael Kats bundan əvvəl bildirmişdi ki, İsrail qoşunlarını Livanın cənubundakı təhlükəsizlik zonasından çıxarmaq niyyətində deyil.