BAKI, 23 iyun. TELEQRAF

2026-cı il dünya çempionatının J qrupunda Əlcəzair İordaniyanı 2:1 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.

Teleqraf xəbər verir ki, İordaniya 36-cı dəqiqədə Əl-Rəşdanın qolu ilə hesabda irəli keçib. Əlcəzair 69-cu dəqiqədə Benbuali və 82-ci dəqiqədə Əmin Quirinin qolları ilə qələbəni təmin edib.

Bu nəticə ilə Əlcəzair xallarını 3-ə çatdırdı, İordaniya isə 0 xalla turnirdən kənarlaşdırıldı.

Qrupun son oyunlarında Əlcəzair Avstriya ilə, İordaniya isə Argentina ilə qarşılaşacaq.

***

08:46

Futbol üzrə dünya çempionatının J qrupunda İordaniya - Əlcəzair oyununda üçüncü qol vurulub.

Teleqraf xəbər verir ki, matçın 82-ci dəqiqəsində Əlcəzair millisi hesabda önə keçib - 2:1.

***

08:31

Futbol üzrə dünya çempionatının J qrupunda İordaniya və Əlcəzair milliləri arasındakı matçda növbəti qol vurulub.

Teleqraf xəbər verir ki, qarşılaşmanın 69-cu dəqiqəsində Əlcəzair hesabı bərabərləşdirib.

***

07:41

Futbol üzrə dünya çempionatının J qrupunda İordaniya və Əlcəzair milliləri arasındakı matçda ilk qol vurulub.

Teleqraf xəbər verir ki, qarşılaşmanın 36-cı dəqiqəsində İordaniya hesabda önə keçib.

***

07:00

Futbol üzrə dünya çempionatının J qrupunda İordaniya və Əlcəzair milliləri arasındakı matç başlayıb.

Teleqraf xəbər verir ki, qarşılaşma ABŞ-nin San-Fransisko Körfəz Bölgəsi stadionunda keçirilir.

Qeyd edə ki, J qrupunda Argentina Ələzair və Avstriya üzərində qələbə qazanaraq 6 xalla qrup lideridir. Avstriya ilk oyunda İordaniyanı məğlub edərək 3 xal qazana bilib.

İordaniya və Əlcəzair isə bu matçda xal qazanmağa çalışacaqlar.