BAKI, 20 iyun. TELEQRAF
“Dünya Soyuq müharibədən bəri ən köklü dəyişikliklərdən birini yaşayır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Adi və öyrəşdiyimiz qəliblər dağılarkən, bizim “güc oyunu pozar” dediyimiz yeni təhlükəsizlik paradiqması formalaşır. Qarşılaşdığımız hər böhran bizə bir daha xatırladır ki, milli təhlükəsizlik başqalarına həvalə edilə bilməyəcək qədər həyati əhəmiyyətli məsələdir.
Hazırda elə bir son dərəcə xaotik dövrün tam mərkəzindəyik ki, meydanda güclü olmayanlar danışıqlar masasında özünə yer tapa bilmir, hətta özünü “menyu”da tapır. Türkiyə bu yeni dövrün mahiyyətini çox erkən anlayan və onu ən düzgün şəkildə oxuyan ölkələrdən biridir. Böyük və güclü Türkiyə vizyonumuzun lokomotivi müdafiə sənayemizdir. Müdafiə sənayesində tam müstəqil Türkiyə hədəfi ilə çıxdığımız bu yolda son 23 ildə çox ciddi irəliləyiş əldə etmişik”, - dövlət başçısı vurğulayıb.