BAKI, 22 iyun. TELEQRAF

“Qoy təkəbbürlü qüvvələr bilsinlər ki, nə vaxtsa bu xalqa hökmranlıq etmək arzularını özləri ilə birlikdə məzara aparacaqlar”.

Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin İnqilab Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdullah Hacı Sadeqi deyib.

ABŞ Prezidenti Donald Trampa müraciət edən Sadeqi qeyd edib:

“Ey firon xislətli insan, bil ki, bu xalq səni öz qəzəb dənizində boğana qədər sakitləşməyəcək. Onlarla danışıqlar aparanlar da bilməlidirlər: siz elə bir düşmənlə danışıqlar aparırsınız ki, biz onunla heç vaxt dost olmayacağıq və onu heç vaxt qəbul etməyəcəyik. Biz düşmənçiliyi unutmarıq”.