BAKI, 22 iyun. TELEQRAF

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Xalqları Bərabərliyi Partiyasının (HDP) keçmiş sədri Səlahəttin Dəmirtaşla görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə CHP sədrinin müavini Necdet Saraç məlumat verib.

“Kamal bəy yaxın günlərdə Ədirnə həbsxanasında Səlahəttin Dəmirtaşı ziyarət edəcək. Dəmirtaşla görüşdən sonra Kamal bəyin açıqlamasını hamımız birlikdə dinləyəcəyik”, - o bildirib.

Necdet Saraç ziyarətin nə vaxt baş tutacağı ilə bağlı konkret tarix açıqlamayıb.