BAKI, 20 iyun. TELEQRAF
ABŞ-nin İranla anlaşma memorandumunun birinci bəndini yerinə yetirməməsi və açıq şəkildə öhdəliklərini pozması, həmçinin İsrailin Livanın cənubunda atəşkəsi davamlı olaraq pozması və ordusunu Livan ərazisindən geri çəkməməsi nəzərə alınaraq, Hörmüz boğazı yenidən bağlandı.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının bəyanatında bildirilib.
“Bu, düşmənin öhdəliklərini pozmasına cavab olaraq atılan ilk addımdır”, - SEPAH vurğulayıb.
Bildirilib ki, vəziyyət bu şəkildə davam edərsə, ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur etmək məqsədilə növbəti addımlar planlaşdırılacaq və həyata keçiriləcək.