BAKI, 23 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın dəniz limanlarının blokadasının hava zərbələrindən daha təsirli olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, zərurət yaranacağı təqdirdə ABŞ qısa müddətdə bu taktikaya yenidən qayıda bilər.

"Fikrimcə, blokada bombardmandan daha effektiv oldu. Lazım gəlsə, bunu 15 dəqiqə ərzində yenidən təşkil edə bilərik", - deyə o bildirib.

Bundan sonra Tramp ABŞ-nin müdafiə naziri Pit Heqsetə bunun operativ şəkildə mümkün olub-olmadığını soruşub. Heqset isə ABŞ Silahlı Qüvvələrinin istənilən vaxt belə bir əməliyyata başlamağa hazır olduğunu vurğulayıb.