BAKI, 23 iyun. TELEQRAF
Norveç millisi futbol üzrə dünya çempionatının I qrupunda ikinci tur oyununda Seneqalı 3:2 hesabı ilə məğlub edərək vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, Norveçin qollarını Markus Pedersen və Erlinq Holann vurublar. Holann 48-ci və 58-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb. Seneqalın heyətində isə İsmaila Sarr 53-cü və 90+3-cü dəqiqələrdə qollar müəllifi olub.
Bu nəticədən sonra Erlinq Holann mundialda vurduğu qolların sayını 4-ə çatdırıb. O, bu göstəricidə Fransa millisinin hücumçusu Kilian Mbappe ilə eyni nəticəyə malikdir. Turnirin bombardirləri siyahısına isə 5 qolla Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir.
Norveç millisi sonuncu dəfə 1998-ci ildə dünya çempionatının pley-off mərhələsinə yüksəlmişdi. Həmin mundialda komanda qrup mərhələsini bir qələbə və iki heç-heçə ilə başa vurmuş, 1/8 finalda İtaliyaya 0:1 hesabı ilə uduzmuşdu.
İki turdan sonra I qrupda Fransa və Norveç millilərinin hərəsinin 6 xalı var. Seneqal və İraq isə hələ də xal qazana bilməyiblər.
Qrup mərhələsinin son turunda Norveç Fransa ilə, Seneqal isə İraqla qarşılaşacaq. Hər iki oyun iyunun 26-da keçiriləcək.
05:53
***
Futbol üzrə dünya çempionatının I qrupunda Norveç-Seneqal qarşılaşması başlayıb.
Teleqraf xəbər verir ki, oyunun əlavə edilmiş dəqiqələrində Seneqal hesab arasındakı fərqi azaldıb - 3:2.
05:18
***
Futbol üzrə dünya çempionatının I qrupunda Norveç-Seneqal qarşılaşması başlayıb.
Teleqraf xəbər verir ki, oyunun 58-ci dəqiqəsində Norveç hesab arasındakı fərqi artırıb - 3:1.
05:13
***
Futbol üzrə dünya çempionatının I qrupunda Norveç-Seneqal qarşılaşması başlayıb.
Teleqraf xəbər verir ki, oyunun 54-cü dəqiqəsində Seneqal hesab arasındakı fərqi azaldıb 2:1.
05:07
***
Futbol üzrə dünya çempionatının I qrupunda Norveç-Seneqal qarşılaşması başlayıb.
Teleqraf xəbər verir ki, oyunun 48-ci dəqiqəsində Norveç hesab fərqini 2 topa çatdırıb.
04:44
***
Futbol üzrə dünya çempionatının I qrupunda Norveç-Seneqal qarşılaşması başlayıb.
Teleqraf xəbər verir ki, oyunun 43-cü dəqiqəsində Norveç millisi hesabı açıb.
04:00
***
Futbol üzrə dünya çempionatının I qrupunda Norveç-Seneqal qarşılaşması başlayıb.
Teleqraf xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatındakı MetLife stadionunda keçirilən görüş öncəsi güclü yağış müşahidə olunsa da, FİFA matçın start götürməsinə razılıq verib.
Xatırladaq ki, Norveç ilk turda İraqı 4:1 hesabı ilə məğlub edib. Həmin görüşdə Erlinq Holann iki qolla yadda qalıb. Seneqal isə baxımlı oyun nümayiş etdirsə də, Fransaya 1:3 hesabı ilə uduzub.
Hazırda paralel olaraq Fransa-İraq matçı davam edir. Hava şəraitinə görə matçın ikinci hissəsi gec başlayıb.