BAKI, 22 iyun. TELEQRAF
Qətər dondurulmamış İran aktivlərinin xərclənməsinə nəzarət mexanizminin yaradılmasına kömək edəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens İsveçrədə İran nümayəndə heyəti ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib.
“Bu məsələyə dünən (21 iyun -red) toxunuldu. Biz qətərlilərdən pulun istədiyimiz yerə getməsini təmin etmək üçün bir mexanizm yaratmağa kömək istədik. Və onlar buna razı oldular”, - deyə Vens İranın dondurulmamış aktivlərindən Amerika kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə etmək ehtimalını şərh edərkən bildirib.
"Bunun Amerika fermerlərinə və əlbəttə ki, İran xalqına fayda verməsini istəyirik. Amma irəliləyiş görməyincə bu pul ayrılmayacaq. Bu, şübhəsiz ki, qarşıdakı günlərdə danışıqların böyük bir hissəsi olacaq", - Vens deyib.