BAKI, 23 iyun. TELEQRAF
ABŞ Sahil Mühafizəsinə məxsus MH-60 "Jayhawk" tipli helikopter Alyaska ştatının Sitka şəhəri yaxınlığında qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin yaydığı məlumata görə, qəza yerinə dərhal axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri cəlb olunub.
Qeyd edilib ki, hazırda əsas məqsəd helikopterin ekipaj üzvlərinin tapılması və təhlükəsizliyinin təmin edilməsidir.
Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb. Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı başa çatdıqdan sonra qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılacaq.