​BAKI, 27 aprel. TELEQRAF

İranda Şəhid Rəcai limanında baş verən partlayışa görə aprelin 28-i matəm günü elan olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, İran hökuməti sabahkı günü bütün ölkə üzrə milli matəm günü elan edib.

İran Prezidenti Məsud Pezeşkiyan hadisə yerində vəziyyətlə tanış olmaq məqsədilə Bəndər-Abbas şəhərinə yola düşüb.

Xatırladaq ki, aprelin 26-da İranın Şəhid Rəcai limanında partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər heyatını itirib, 6 nəfər itkin düşüb, 1139 nəfər isə yaralanıb.