BAKI, 9 mart. TELEQRAF
Ukrayna Prezidenti Vololdimir Zelenski Co Baydenin dövründə ABŞ-dan pulu "uşağın əlindən konfet alan kimi" alırdı.
Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Fox News"a müsahibəsində bildirib .
“Mən sadəcə onun (Zelenskinin - red) minnətdar olduğunu düşünmürəm. Biz ona 350 milyard dollar vermişik", - deyə Ağ Evin rəhbəri bildirib.
Martın 4-də Ağ Ev administrasiyası Ukraynaya bütün hərbi yardımın dayandırıldığını elan edib. Kiyev Moskva ilə sülh danışıqlarına başlamağa hazır olduğunu nümayiş etdirənə qədər dəstək tədbirlərinin dondurulacağı gözlənilir .