
BAKI, 1 mart. TELEQRAF
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar 28 fevral 2025-ci il tarixi saat 20:00 radələrindən indiyədək 9-u qadın, 8-i kişi olmaqla, 17 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onlardan 14 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. 3 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.