BAKI, 1 mart. TELEQRAF

Polis ötən gün narkotiklərlə bağlı bir sıra tədbirlər keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 28-də ümumi çəkisi 4,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 7 tüfəng, 3 qumbara, 2 süngü-bıçaq, 2 alışdırıcı, 17 patron darağı və 1873 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.