BAKI, 1 mart. TELEQRAF

Bu gündən İran üzərindən Türkiyəyə daxil olan türkmən qazı BOTAŞ-ın paylayıcı şəbəkəsinə inteqrasiya olunacaq.

Teleqraf xəbər verir ki, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bu yeni tədarük xəttinin 1,5 milyon ev təsərrüfatının təbii qaz ehtiyacını ödəyəcəyini açıqlayıb.

Türkmən qazının Türkiyəyə çatması regional əməkdaşlığı da gücləndirəcək.

Bu marşurut üzrə ilin sonuna qədər Türkiyəyə 1,3 milyard kubmetr türkmən qazının göndərilməsi planlaşdırılır.