BAKI, 1 mart. TELEQRAF

Şəmkir rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf-a verilən məlumata görə, Şəmkir rayonunun Dəllər qəsəbəsində ümumi sahəsi 80 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili, qarşısında yığılan 3 m³ taxta materialları və 4 ədəd arı qutusu yanıb.

Taxta materiallarının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.