BAKI, 1 mart. TELEQRAF

Dünya Bankı 2025-ci ildə Cənubi Qafqazda 3,9 faiz iqtisadi artım proqnozlaşdırılır. Qurumun hesabatına əsasən, 2026-cı ildə iqtisadi artım 3,4 faizə qədər zəifləyəcək.

Teleqraf xəbər verir ki, maliyyə qurumuna görə, 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7 %, 2026-cı ildə 2,4 faiz təşkil edəcək. Bu il üzrə gözlənilən iqtisadi artım 2024-cü ilin iyun ayına açıqlanan proqnozdan 0,3 faiz bəndi yüksəkdir.

Bankın hesablamalarına görə, 2025-ci ildə Azərbaycanda neft hasilatı azalacaq. Təbii qaz hasilatıisə 2024-2025-ci illərdəki pik səviyyələrdən sonra sabitləşəcək.

Ermənistan, Gürcüstan iqtisadiyyatları isə təkrar ixrac, turist axını və əməkhaqqı artımı hesabına 2025-ci ildə iqtisadi artımı qoruyub saxlayacaq.