BAKI, 1 MART. TELEQRAF

ABŞ-nin “Nyu-York Tayms” qəzeti fransalı astroloq və öncəgörücü Mişel Nostradamusun Ukraynadakı müharibə ilə bağlı proqnozunu dərc edib.

Teleqraf xəbər verir ki, onun dedikləri müharibənin bu il başa çatacağına işarə verir.

Nostradamusun proqnozuna görə, iki ölkənin ordularının maddi baxımdan çöküşü və resurslarının ciddi şəkildə tükənməsi müharibənin davam etdirilməsini mümkünsüz edəcək.

“Uzun sürən müharibə bütün ordunu tükəndirdi, buna görə də əsgərlər üçün pul olmayacaq, qızıl və gümüş əvəzinə dəri sikkələr, qal misi və aypara olacaq”, - Nostradamus deyib.

“Qal misi” və “aypara” müvafiq olaraq Fransa və Türkiyəyə işarə kimi şərh olunur. Ehtimal edilir ki, bu ölkələr Ukraynanın qələbəsi və ya diplomatiya yolu ilə sülhün əldə olunmasına töhfə verəcəklər.

Astroloqun başqa bir proqnozu Böyük Britaniyaya aiddir. Nostradamus Britaniyanın amansız müharibələr və düşmənlərindən də pis vəba ilə üzləşəcəyini iddia edib.

Başqa bir proqnoz kosmik cismin Yerlə toqquşmasından bəhs edir. Nostradamusun “taleyin öncülü” adlandırdığı obyekt bütün planetin taleyini dəyişəcək, amma insanlara ikinci şans verəcək.

Astroloqun öncəgörmələrində təbii fəlakətə də işarə var: “Dünya bağında yeni şəhərin yaxınlığında, dağların yolunda onu tutub vannaya atacaqlar, kükürdlə zəhərlənmiş su içməyə məcbur edəcəklər”.

Nostradamusun proqnozlarının tədqiqatçıları belə bir fikrə gəliblər ki, “dünya bağı” haqqındakı hissə Cənubi Amerikadakı Amazon meşələrinə – planetin ən böyük tropik meşələrinə aiddir. Braziliya, Peru, Kolumbiya və digər ölkələrin ərazilərinin daşqın və vulkanik fəaliyyətlərdən əziyyət çəkməsi mümkündür.