
BAKI, 23 fevral. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin (AFU) nəzarətində olan Kursk vilayətinin bir hissəsi başqa ərazilərə dəyişdirilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, konkret olaraq hansı ərazilərin Rusiya regionunun bir hissəsi ilə dəyişdirilə biləcəyini deməyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Ukrayna lideri Volodimir Zelenskinin ərazilərin mübadiləsi ilə bağlı sözləri ciddi qəbul edilə bilməz.