BAKI, 23 fevral. TELEQRAF

"Mən bu həftə Bakıda səfərdə idim. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövət İdarəçilik Akademiyasında baş tutan konfransa dəvət etmişdi".

Teleqraf xəbər verir ki, bu sözləri Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin İdarə Heyətinin üzvü, Türk dünyasının böyük alimi İlbər Ortaylı Bakı səfəri ilə bağlı yazıb.

"Səbinə Əliyeva öz biliyi və zərifliyi ilə türk dünyamızda heyranlıq duyulan portretlərdən biridir. Gənc nəslin qürurlu üzvüdür. Bakının iqlimi sərtdir və küləklidir. Amma mənəvi hava ilə ürəyim açıldı", - o qeyd edib.

İlbər Ortaylı Bakı səfəri zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və xalq yazıçısı Elçin Əfəndiyev ilə görüşdüyünü də vurğulayıb.

"Məni iki ədəbi dost Anar Rzayev və Elçin Əfəndiyev şam yeməyinə dəvət etdilər. İki saat ərzində çoxdan unutduğum bir atmosferdə nəfəs almaq fürsətim oldu. Azərbaycanın bizə görə ən çox hörmət ediləcəyi iki sahə var, ədəbiyyat və musiqi. Hər yaşdan insanlar ikidilli təhsil almağa davam edir və Türkiyə yaxından izlənilir. Azərbaycanda qədim mədəniyyət hələ də yaşayır".

Qeyd edək ki, İlbər Ortaylı Bakıda Prezidenti yanında Dövət İdarəçilik Akademiyasında baş tutan konfransda
"Müstəqilliyə aparan yol: Türk dünyası və Azərbaycan münasibətləri konstekstində" mövzusunda çıxış edib.