BAKI, 23 fevral. TELEQRAF

Almaniyada keçirilən növbədənkənar parlament seçkilərində Xristian Demokrat və Xristian Sosial Birliklərinin (CDU/CSU) mühafizəkar blokundan Fridrix Merzin 29% səslə qalib gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "ZDF" kanalı exit-pollun nəticələrinə əsasən məlumat yayıb.

Telekanalın məlumatına görə, ikinci yerdə 20 faiz rekordla sağçı “Almaniya üçün Alternativ” partiyası, üçüncü yerdə isə 16,5 faiz səs toplayan və “tarixi pis” nəticə göstərən hazırkı kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb.